"Ayaks"ın baş məşqçisi: "Bu kiçik uşaqlar final oynamağa vərdiş deyillər" - AÇIQLAMA

10:53 25 May 2017

Avropa Liqasının finalında “Mançester Yunayted”ə uduzan (0:2) “Ayaks”ın baş məşqçisi Peter Bos oyunla bağlı fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, holland mütəxəssis məğlubiyyətə əsas səbəb kimi komandasının gənclərdən qurulmasını göstərib:

 

“Bu kiçik uşaqlar final oynamağa vərdiş deyillər. Bu matçdan çox şey öyrənəcəklər və daha çox güclənəcəklər. Əgər bu komandanı saxlasaq, gələn mövsümdə daha güclü olacaqlar. Oyuna gəldikdə isə çox darıxdırıcı qarşılaşma idi. “Mançester Yunayted” yalnız uzun ötürmələrlə oynadı və risqə getmədi. Komandamın oyunu məndə təəssüf hissi doğurdu. Qayıdan topları heç cür ələ keçirə bilmədik. Daim uzun ötürmələrlə oynayırdılar. Bu cür komandaya qarşı zəifliyimizin nə olduğunu bilirdik, lakin çox tez qol buraxdıq. Qələbəni gözəl futbolla qazanmadılar. Biz onlara təzyiq edə bildik. Bu mövsümdə azarkeşlərimizi sevindirə bildiyimizi düşünürəm. Növbəti mövsümdə daha yaxşı olacaq”.


Xəbər xətti