Ronaldo da vergidən yayınıb? - Həbs oluna bilər

11:45 25 May 2017

“Real”ın futbolçusu Kriştiano Ronaldo həbs edilə bilər.

 

Sportarena.az xəbər verir ki, İspaniyanın vergi xidməti futbolçuya qarşı ittiham irəli sürüb. Xidmətin məlumatında bildirilir ki, Ronaldo 2011-2013-cü illərdə xeyli vəsaiti vergidən gizlədib. Hazırda vergi xidmətində bununla bağlı müzakirələr aparılır. Baş vermiş hadisənin vergi cinayəti, yoxsa inzibati xəta olduğu araşdırılmalıdı.

 

Ronaldonun məsələsi inzibati xəta kimi dəyərləndirilsə, onda o, 8 milyon avro cərimə ödəməli olacaq. Yox, futbolçunun vergi cinayəti törətdiyi təsdiqini tapsa, onda Ronaldo külli miqdarda cərimə ödəməklə yanaşı, həbs ediləcək. Onu 4 aya qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.


Digər xəbərlər

Xəbər xətti