"Zirə" hazırlıqlara başladı

13:57 25 May 2017

Ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanan "Zirə" hazırlıqlara başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu gün ilk məşqini keçən "qartallar" 10 iyun tarixinədək təmsil etdiyi qəsəbədə məşqlərini sürdürəcək. 

 

Baş məşqçi Ayxan Abbasov U-23 millimizin heyətində İslamiadada qızıl medallar qazanan "Zirə"lilərə - Sadiq Quliyev, Adil Nağıyev və Vüqar Mustafayevə 1 həftəlik istirahət hüququ verib. Adıçəkilənlər hazırlıqlara gec qoşulacaq.


Digər xəbərlər

Xəbər xətti