Azərbaycanda 2020-ci ilədək hansı tədbirlər olacaq? - AÇIQLAMA

14:26 25 May 2017

Azərbaycan "Eurovision-2012" Beynəlxalq Mahnı Müsabiqəsini uğurla həyata keçirdikdən sonra, dünyada ölkəmizə maraq artıb. Belə ki, ard-arda bir sıra irimiqyaslı yarışların təşkili Azərbaycana tapşırılıb. Bunlardan, əsasən, "Bakı-2015" I Avropa Oyunları, “42-ci Ümumdünya Şahmat Olimpiadası”, “Formula-1” və iki gün öncə başa çatan IV İslam Həmrəyliyi Oyunlarını sadalamaq olar. Bəs bundan sonra, daha doğrusu, 2020 -ci ilədək Azərbaycan, daha hansı oyunlara ev sahibliyi edəcək.

 

Sportarena.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-a həmin yarışların siyahısını təqdim edib. Məmmədova bildirib ki, 2017-ci ildə ilk dəfə Bakıda qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək:

 

“Bununla yanaşı, bu ilin təqvimində “Formula-1” üzrə Azərbaycan Qran-prisi də var. 2017-ci ildə son olaraq, Azərbaycan 41-ci dünya Skaut konfransına və 13-cü dünya Skaut gənclər forumuna ev sahibliyi edəcək. Konfrans 7-10 avqust tarixində Qəbələdə baş tutacaq.

2020 -ci ildə Bakı qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 matçını qəbul edəcək. Belə ki, Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/4 final) görüşünü Azərbaycan təşkil edəcək”.

 

Məmmədova əlavə edib ki, hazırda 2018 və 2019-cu illərdə böyük miqyasda yarışların keçirilməsinə dair hesabat yoxdur.


Digər xəbərlər

Xəbər xətti