"Qarabağ"ın futbolçusu milliyə çağırılmadı

14:56 25 May 2017

Cənubi Afrika Respublika milisinin iyunun 10-da Nigeriya ilə keçiriləcək matç üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, komandanın baş məşqçisi Stüart Bakster 25 nəfər futbolçuya dəvət göndərib. Siyahıda "Qarabağ"ın hücumçusu Dino Ndlovunun adı daxil edilməyib. Bakster "Qarabağ"ın maraqlandığı iddia edilən "Gənclərbirliyi"nin hücumçusu Tokelo Rantieni milliyə dəvət edib.

 

Ndlovu millinin keçmiş məşqçisi Efraim Maşaba ilə münasibətləri qaydasında deyildi. Yeni baş məşqçi Stüart Baksterin 27 yaşlı forvarda dəvət göndərməməsi müəmmalı qalıb.


Digər xəbərlər

Xəbər xətti