"Sumqayıt" futbolçusu ilə müqaviləni yenilədi - 1 illik

15:25 25 May 2017

"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.


Sportarena.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Azər Salahlı ilə 1 illik müqavilə imzalanıb.

 

Azər Salahlı ötən mövsüm "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada iştirak edib və 1 qol vurub.
 

Qeyd edək ki, Tural Axundov, Vüqar Bəybalayev, Cavid İmamverdiyev, Kamal Mirzəyev və Rəşad Eyyubovu heyətinə qatan “Sumqayıt”  Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Bəxtiyar Həsənalızadə ilə müqaviləni yeniləyib.


Digər xəbərlər

Xəbər xətti