Sportarena.az
21 Sentyabr 2017

İranlı futbolçu "Şəmkir"in prezidentindən danışdı: "Oyundan qabaq gəlib 11 nəfər uşağa dedi ki..." - AÇIQLAMA

12 Punto 14 Punto 16 Punto 18 Punto

Mövsümün ilk dövrəsində "Şəmkir"in şərəfini qoruyan Şahin Baleljae klub rəhbərliyindən şikayətlənib.

 

Sportarena.az xəbər verir ki, Birinci divizionda 6 qol vuran iranlı hücumçu prezident Elvin Səfərli tərəfindən aldadıldığını, 2400 manat maaş borcunu hələ də ala bilmədiyini bildirib. Futbolçu klub rəhbərinin bəzi işlərindən söz açıb:

 

"Şəmkir"də 2400 manat pulum qalıb. Nə edəcəyimi bilmirəm. Əslində, birinci divizionda oynamalı deyildim. Azərbaycana Premyer Liqada oynamaq üçün gəlmişdim. "İnter"də baxışdan keçmişdim, bəyənmişdilər. FİFA-nın transfer qadabasına görə, "İnter"lə son anda müqavilə bağlaya bilmədim. "Şəmkir"in prezidenti Elvin Səfərli telefon nömrəmi menecer Çinar Məmməddən almışdı. Dedi ki, gəl, sənin üçün əla şərait yaradacağıq, oteldə yer verəcəyik. Dedim, mən İranda Superliqada oynamışam, birinci divizionu nə edirəm, xoşum gəlmir. Nə isə, birtərəhər dilə tutdu məni, getdim Şəmkirə. 2000 manat maaş istədim, dedi, sən Allah, mənə görə, qiyməti aşağı sal, 1500-ə bağla. Dedim, yaxşı. Birinci ay maaşımı verdi. Amma qalmağa nə normal yer verdi, nə də yemək. Çarəsizlikdən qalmışdım orada. Başqa əlacım yox idi, məcbur olub dözürdüm”.

 

Futbolçu bildirib ki, daha sonra klub prezidenti onun maaşını azaltmaq istəyib:

 

“Birinci dövrənin sonunadək 6 qol vurdum, komandama 9-12 xal qazandırdım. Ancaq axırda dedi ki, Şahin, mən bura hücumçu gətirirəm, sən limitə düşürsən, ona görə 500 manat maaş alacaqsan. Cavab verdim ki, mən o pula futbol oynamıram. Dedim, pulumu ver, gedim. Yol pulu istədim. 200 manatı uzatdı ki, götür bunu, qalanını İrana göndərəcəm. Qəhrəman Əliyevə müraciət etdim, dedi, onunla işin olmasın, borcunu ödəyəcəyini söz veribsə, alacaqsan. Getdim İrana, pulu arxamca göndərmədi, aldatdı. Güclü komandalara qol vurub, "Şəmkir"ə qələbələr qazandırsam da, bu adam məni çox incitdi, əziyyətə saldı. Çox yalançı insan imiş. Başqa işlər görürdü. Bir dəfə dedi, otaqdan çıxdım bayıra, tapşırdığını etməyəcəyimi bildirdim. Namaz qılan insanam, o dediyi işi görmərəm. Qəhrəman müəllim şahidimdi, bilir, görüb”.

 

Baleljae qeyd edib ki, bu hadisə "Qaradağ Lökbatan"la kubok oyunundan əvvəl olub:

 

“İndi özünüz başa düşün ki, Elvin məndən nə istəyib. Dedim, mən belə şeylər bilmirəm. Qaçma, vurma…  Bir də belə hadisə "Energetik"lə səfər oyunundan əvvəl olub. Qəhrəman Əliyevin onun əməllərindən xoşu gəlmirdi, boğulurdu. Dözmədi axırda, istefa verib getdi. Bunları ona görə söyləyirəm ki, qoy, hamı kimin günahkar, kimin günahsız olduğunu bilsin. Elvin "Energetik"lə oyundan qabaq gəlib 11 nəfər uşağa dedi ki, bu gün belə edərsiz, elə edərsiz. Meydançaya çıxmağa hazırlaşırdıq, hamının içində o sözləri söylədi. Nədənsə həmin futbolçuların heç biri bundan danışmır. Hamısı dilini qoyub qarnına. Bilmirəm bunlar Allahın yanında nə cavab verəcəklər? Mingəçevirdə 5:0 hesabı ilə qalib gəldik, üç qolu mən vurdum. Prezident 80-cı dəqiqədən sonra tribunadan texniki zonaya qışqırırdı ki, Şahini tez əvəzləyin, qol vurur, oyunu "xarab" edir. Bunları indiyədək demirdim, özümdə saxlayırdım. Bu haqsızlığı görüncə, artıq fikirləşməyə başladım ki, faktları niyə gizlədim? Artıq hamı bilməlidi ki, o, nə işlər görür. 80-ci dəqiqədən o yana mən özüm də dayandım, qaçmadım. İnsafsızlıq elədi”.

 

Şahinin sözlərinə görə, MOİK-ə qol vurduğu və qələbə qazandıqları oyundan sonra ona 200 manat verilib:

 

“Qan-tər axıtdım "Şəmkir" yolunda, pulumu vermədi adam. Allah üstümdədi, yalan deməyim, qalan oyunlarda bir şey hiss etmədim. Çıxdım, öz futbolumu oynadım. Mənə deyirdi ki, sən çıx, qolunu vur, ancaq… Qoymadı "Energetik"ə daha bir qol vurum. Həmin gün orda olan, prezidentin bu sözlərini eşidən futbolçuları anlaya bilmirəm. Niyə susursuz? Onsuz, sizin də pulunuzu verməyib. Yadıma düşmüşkən, Şəmkirdə MOİK-ə qol vurdum, 1:0 hesabı ilə qalib gəldik. Bu oyun qurtaran kimi gətirib mənə 200 manat verdilər. Dedilər, al, bu pulu götür, səndən bizə çox xeyir yetişdi. Daha bilmədim o nə söz idi".

 

Mənbə: sportinfo.az

Tarix
25.05.17 [16:13]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

21 Sentyabr
20 Sentyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio