Totti nağılı başa çatdı - RƏSMİ

16:30 25 May 2017

“Roma”nın kapitanı Françesko Totti futbolçu karyerasını rəsmən başa vurduğunu açıqlayıb.

 

Qol.az-ın xəbərinə görə, o, bu barədə "Twitter" hesabında məlumat paylaşıb. Futbolçu mayın 28-də İtaliya A seriyasının sonuncu turunda "Cenoa" ilə matçdan sonra futbolla vidalaşacaq.

 

Qeyd edək ki, 1992-ci ildən “Roma”da çıxış edən əfsanəvi hücumçu meydana çıxdığı 763 oyunda 306 qol vurub.


Digər xəbərlər

Xəbər xətti