"Qəbələ"ni Qazaxıstan klubuna dəyişdi

16:58 25 May 2017

“Qəbələ”dən ayrılan Nika Kvekveskirinin  Qazaxıstanın “Tobol” klubuna keçidi rəsmiləşib.

 

Sportarena.az xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçi yeni komandası ilə 1.5 illik müqavilə imzalayıb. O, “Tobol”da 21 nömrəli formanı geyinəcək.


Qeyd edək ki, Nika Kvekveskiri “Qəbələ”yə ötən ilin yayında “İnter”dən keçmişdi. “Qırmızı-qaralar”la müqaviləsi başa çatan futbolçu “Tobol”a azad agent statusu ilə keçib.


Digər xəbərlər

Xəbər xətti