Bakster Ndlovu niyə milliyə çağırmayıb? - AÇIQLAMA

11:19 26 May 2017

Cənubi Afrika Respublikası (CAR) millisinin baş məşqçisi Stüart Bakster açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi CAR yığmasının heyətinə çağırmadığı “Qarabağ”ın hücumçusu Dino Ndlovudan da danışıb.

 

“Finlandiya millisinin baş məşqçisi olduğum zaman dörd dəfə Azərbaycan yığması ilə qarşılaşmışıq. Bilirəm ki, bu ölkədə çempionatın səviyyəsi normaldı. Amma indiki vəziyyətdə balansı qoruyub, ən yaxşılara dəvət göndərmişəm. Dino haqqında fikirlərim müsbətdi O, öz üzərində çalışır və inkişaf edir. Belə davam etsə, yığmaya dəvət alacaq. Onun “Qarabağ”dakı çıxışını izləyirəm. Ndlovu Azərbaycanda işini layiqincə görür və qollar vurur. Amma başa düşməlidi ki, İtaliyada yox, Azərbaycanda çıxış edir. Seçimimi vicdanla etmişəm”.


Digər xəbərlər

Xəbər xətti