UEFA-dan AFFA-ya: Avrokuboklara 2 klubunuz gedəcək

11:35 26 May 2017

Növbəti mövsümdən Azərbaycanı beynəlxalq arenada 2 futzal klubu təmsil edə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Sportinfo.az-a AFFA-dan məlumat verilib. Qurumdan bildirildiyinə görə, UEFA yeni planlarıyla bağlı xəbərdarlıq edib və artıq yalnız ölkə çempionları deyil, ikinci pillənin sahiblərinin də qitəmiqyaslı turnirlərdə iştirakı mümkündü.

 

Belə ki, ali futbol təşkilatı öz adını daşıyan turnirin əvəzində Çempionlar Liqası və Avropa Liqası yaratmağı nəzərdə tutub. Bu yarışlara vəsiqə qazanan komandaların səfər xərci UEFA tərəfindən ödəniləcək. 


Digər xəbərlər

Xəbər xətti