Sitronun meneceri: "Qarabağ"dan təklif gəlib" - AÇIQLAMA

11:56 26 May 2017

“Qarabağ”ın transfer etmək istədiyi italiyalı forvard Nikola Sitronun agenti Alberto Berqossi açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, “Trapan”i klubunun hücumçusunun agenti futbolçuya Ağdam klubundan təklif gəldiyini təsdiq edib:

 

“Sitroya Azərbaycandan təklif gəlib. “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və müştərimin xidmətindən yararlanmaq istəyirlər. Nə olacağını isə görəcəyik. Qarşıda zaman var”.

 

Qeyd edək ki, İtaliya mətbuatı "Qarabağ"ın Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı. (Sport24)


Digər xəbərlər

Xəbər xətti