"Neftçi"nin futbolçusu milliyə çağırıldı

12:18 26 May 2017

Gürcüstan millisinin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Vladimir Vayssın dəvət göndərdiyi 25 futbolçu arasında "Neftçi"nin müdafiəçisi Georgi Navalovskinin də adı var. Milliyə dəvət alanlar arasında “Qəbələ”dən ayrılıb, Qazaxıstanın “Tobol” klubuna keçən Nika Kvekveskirinin də adı var.

 

Qeyd edək ki, Gürcüstan yığması iyunun 7-də Tbilisidə Sent-Kitts və Nevis millisi ilə yoldaşlıq görüşü keçirəcək. Gürcülər iyunun 11-də isə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Moldova yığması ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti