AFFA klublara lisenziyalar təqdim etdi

12:55 26 May 2017

AFFA-nın inzibati binasında 2017-2018-ci il lisenziyalaşdırma mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya əldə etmiş klubların nümayəndələri ilə görüş keçirilib.

 

Sportarena.az xəbər verir ki, Lisenziyalaşdırma Qrupunun əməkdaşları tərəfindən iştirakçılara mövsümünün yekunları ilə bağlı statistik göstəricilər və növbəti mövsümün lisenziyalaşdırma prosesini əhatə edəcək yeniliklərlə bağlı məlumat verilib.

 

Tədbirin sonunda növbəti mövsümdə Premyer Liqada iştirak edəcək klublar lisenziyalarını alıblar. Bundan başqa, “Neftçi” rəsmisi Zöhrab Hacıyev ötən mövsümün ən yaxşı lisenziyalaşdırma üzrə meneceri, Mənsurə Məmmədova (“Kəpəz”) isə ən yaxşı maliyyə meneceri sertifikatı ilə təltif olunub.

 

Qeyd edək ki, “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail” klublarına 2017/18 mövsümündə Premyer Liqada iştirak üçün lisenziya verilib.


Digər xəbərlər

Xəbər xətti