"Real"dan "transfer bombası" - Tək rəqib "Mançester Siti"di

14:23 26 May 2017

Pepe ilə yollarını ayırmağa hazırlaşan "Real" onun əvəzedicisini İtaliyada tapıb.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, İspaniya təmsilçisi "Yuventus"dan Leonardo Bonuççini hədəfə alıb. "Kral klubu" "Yuventus"a yaxın günlərdə rəsmi təklif göndərəcək.

 

İtalyan ulduzla "Mançester Siti" də maraqlanır. Pep Qvardiola Bonuççini israrla İngiltərəyə aparmaq istəyir.

 

Bonuççinin müqaviləsindəki maddəyə əsasən, onu transfer etmək istəyən klub 75 milyon avrodan keçməlidi. Hər iki klub bu məbləği ödəməyə hazır olduğu bildirilir.


Xəbər xətti