"Qarabağ"ın futbolçusu milliyə çağırıldı

15:27 26 May 2017

Bosniya və Herseqovina millisinin DÇ-2018-in seçmə mərhələsində Yunanıstanla keçiriləcək oyun üçün heyəti açıqlanıb.
 

Sportarena.az xəbər verir ki, baş məşqçi  Mehmet Bazdareviç 27 futbolçuya dəvət göndərib. Onlar  arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də adı var. 


Qeyd edək ki, Bosniya və Herseqovina millisi Yunanıstanla iyunun 9-da öz meydanında qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti