İlqar Qurbanov Superliqaya qayıdır?

16:01 26 May 2017

"Qarabağ"dan ayrıldıqdan sonra bir neçə gündür klubsuz qalan İlqar Qurbanov karyerasını yenidən Türkiyə Superliqasında davam etdirə bilər.

 

Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, universal futbolçunun keçmiş klubu "Sivasspor" Qurbanovun transferində maraqlanır. İddiaya görə, bir illik fasilədən yenidən Superliqaya qayıdan "ağ-qırmızılar" təcrübəli futbolçunun xidmətində maraqldır.

 

Qeyd edək ki, İlqarın xidmətində "Neftçi" və "Qəbələ"nin də maraqlı olduğu söylənilir.


Digər xəbərlər

Xəbər xətti