Avropa Liqasının ən gözəl qolu seçildi - VİDEO

10:45 27 May 2017

Avropa Liqasının 2016/17 mövsümünün ən yaxşı qolu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, UEFA-dan edilən açıqlamada Ser Aleks Ferqyuson, Deyan Stankoviç və Loan Lupeskudan ibarət texniki heyətin Avropa Liqasının son mövsümündə vurulmuş ən yaxşı 10 qolu müəyyənləşdirdikləri qeyd edilib.

 

Son mövsümün ən yaxşı qolu “Genk”in futbolçusu Leon Beylinin “Rapid”ə 2:3 hesabıyla uduzduqları oyunda vurduğu birinci qol seçilib. “Marsel”in futbolçusu Korentin Tolissonun “Roma”ya vurduğu qol ikinci, “Roma”lı Edin Dzekonun “Vilyarreal”a vurduğu top isə üçüncü ən yaxşı qol seçilib.

 

 


Digər xəbərlər

Xəbər xətti