"Arsenal"da ciddi itki - Final oyununu buraxacaq

12:05 27 May 2017

İngiltərə Kubokunun final oyununda “Çelsi” ilə qarşılaşacaq “Arsenal” ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “topçular” qapıçısı Peter Çexin xidmətindən məhrum olacaq. Belə ki, əzələsini dartan çexiyalı qolkiper sabiq komandasına qarşı həlledici oyunda çıxış edə bilməyəcək. Onu David Ospina əvəz edəcək. 

 

Qeyd edək ki, “Arsenal” - “Çelsi” oyunu bu gün, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti