"Qarabağ" xatirə turnirində iştirak edəcək

12:54 27 May 2017

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

 

Sportarena.az xəbər verir ki, yarış bu gün başlayıb və iyunun 2-nə qədər davam edəcək. “Köhlən atlar” ilk qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klublarıyla qarşılaşacaq.
"Qarabağ" ilk oyununu bu gün "İveriya" komandasına qarşı keçirəcək.

 

Oyunlar Tbilisi "Dinamo"sunun akademiyasının meydançalarında baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti