Rüstəm Əfsərli "Neftçi"də

13:41 27 May 2017

"Neftçi"də uzun müddətdi boş qalan mətbuat xidmətinin rəhbəri postuna kimin gətiriləcəyi nəhayət müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Mehmran Rəsulovun bu postdan ayrılmasından sonra uzun müddət "ağ-qaralar"ın rəhbərliyi sözügedən vəzifəyə təcrübəli şəxsləri gətirməyə çalışsalar da, bu mümkün olmurdu.

 

Uzun çəkən danışıqlardan sonra "Neftçi" rəhbərliyi "CBC Sport"un şərhçi qrupunun rəhbəri Rüstəm Əfsərlini razı sala bilib. Əvvəllər "Simurq"da mətbuat xidmətinin rəhbəri, AZAL-da tərcüməçi kimi çalışan tanınmış şərhçi bundan sonra "Nefçi"nin mətbuatla əlaqələndiricisi kimi fəaliyyət göstərəcək.


Digər xəbərlər

Xəbər xətti