Sitro uğrunda mübarizə qızışır - “Qarabağ” onu əlimizdən almağa çalışır”

14:20 27 May 2017

“Qarabağ”ın maraq dairəsində olan "Trapani"nin hücumçusu Nikola Sitro uğrunda mübarizə qızışır.

 

Sportarena.az xəbər verir ki, B seriyası təmsilçilərindən biri bu keçidi reallaşdırmaq üçün artıq hərəkətə gəlib. Söhbət Sitronu israrla heyətinə qatmaq istəyən “Salernitana”dan gedir. Klub rəhbərliyi 27 yaşlı oyunçunu hələ yanvarda almaq istədiyini bildirib və indi də bu keçid üçün çalışdıqlarını vurğulayıb.

 

“Salernitana”nın qeyri-rəsmi bir saytı isə Çitro uğrunda mübarizədə əsas rəqiblərinin məhz “Qarabağ” olduğunu yazıb. Onlar hətta Ağdam təmsilçisinin bu məsələdə öndə olduğunu iddia ediblər: “Salernitana”nın maraq dairəsində olan iki futbolçudan biri də Nikola Sitrodu. Son məlumatlara görə, bir xarici klub “Qarabağ” da onu transfer etmək fikrindədi. Ötən mövsüm Avropa Liqasının qrupunda oynamış Azərbaycan təmsilçisi onu bizim əlimizdən almağa çalışır. Onların Çempionlar Liqasında iştirak etmələri təcrübəli oyunçunun seçimində böyük rol oynaya bilər”.

 

Qeyd edək ki, “Salernitana” ilə yanaşı, B seriyasının digər komandaları “Benevento” və “Avellino” da Nikola Sitro ilə maraqlanır. (Apasport)


Digər xəbərlər

Xəbər xətti