"Zirə" sponsorunu itirir?

14:48 27 May 2017

"Zirə" əsas sponsorlarından birini itirə bilər.

 

Sportarena.az sportinfo.az-a istinadən xəbər verir ki, “Santral Elektrik” LTD-nin artıq kluba maliyyə dəstəyi verməyə gücü çatmır. 2014-cü ilin yayından bəri "qartallar"a maddi dəstək verən şirkət satış bazarından əvvəlkitək gəlir götürmədiyindən, "Zirə" qarşısında götürdüyü öhdəliyi yerinə yetirməkə çətinlik çəkir. 

 

Avropa Liqasında debüt edəcək "Zirə"nin meydana üzərinə "Santral" yazılmış formalarla çıxıb-sıxmayacağı hələ bilinmir. Mümküqdü ki, formanın önünü "Kapital"ın brendi bəzəsin. Əlbəttə, sponsor itkisi arzuolunmazdı. Allah eləsin, "Zirə" əksər klubların üzləşdiyi çətinliklərlə üzləşməsin.


Xəbər xətti