"Barselona" Enrikeni kubokla yola saldı - YENİLƏNİB

10:06 28 May 2017

İspaniya kubokunun final görüşü keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici görüşdə "Barselona" "Alaves"lə üz-üzə gəlib. Sürpriz şəkildə finala yüksələn "ağ-göylər"in Kataloniya klubuna qarşı müqavimət göstərməyə çalışıb. Eləcə də Luis Enrikenin başçılığı altında son matçına çıxan "Barsa" da mövsümü titulla başa vura bilmək üçün əlindən gələni edib.

 

Maraqlı keçən qarşılaşmada bütün qollar ilk hissədə vurulub. Yekun nəticədə 3:1 hesabı ilə qalib gələn "Barselona" mövsümü titulla başa vurmağa bacarıb.

 

İspaniya kuboku, final.

27 may

23:30 Barselona - Alaves 3:1

Qollar: Leonel Messi, 30. Neymar, 45. Pako Alkaser, 45+3 - Teo Hernandes, 33.


Digər xəbərlər

Xəbər xətti