İspaniya kubokunun finalında “Alaves”lə qarşılaşacaq “Barselona”nın zədəli futbolçuları sıraya dönüb.
Sportarena.az xəbər verir ki, Xerard Pike, Xavyer Maskerano və Aleks Vidal zədəsini sağaldıb. Kataloniya klubunun itkiləri də var. Serxi Roberto və Luis Suares cəza, Jeremi Matyu və Rafinya isə zədə səbəbindən final görüşünü buraxacaqlar.
Qeyd edək ki, "Barselona” – “Alaves” görüşü saat 23:30-da başlayacaq.