Ramil Şeydayev bu dəfə dubl etdi

10:46 28 May 2017

Slovakiya Fortuna Liqasına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu 33-cü turda millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” “Podbrezova”nı qəbul edib. Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydana 61-ci dəqiqədə daxil olan Ramil, 82 və 90-cı dəqiqələrdə komandasının darmadağınına iki qolla töhfə verib.

 

“Jilina” çempionluğunu bir neçə tur əvvəlcədən təmin etmişdi. Komanda birinciliyi 73 xalla başa vurub. Ramil isə mövsüm ərzində meydana çıxdığı 12 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti