"Stal" qalib gəldi, Paşayev...

12:10 28 May 2017

Ukrayna Premyer Liqasında 31-ci tura start verilib.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Pavel Paşayevin üzvü olduğu “Stal” səfərdə “Zirka” ilə qarşılaşıb. Oyun millimizin üzvünün komandasının minimal hesablı (1:0) qələbəsiylə nəticələnib. Paşayev oyuna 80-ci dəqiqədə daxil olub.

 

31 oyundan sonra hesabında 40 xal olan “Stal” ikinci “altılıq”da ikinci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti