Futbolçumuz qol vurdu, komandası qalib gəldi

15:23 28 May 2017

Futbol üzrə Latviya birinci liqasında 7-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub səfərdə "Dauqavpils"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.


Start heyətdə meydana çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 71-ci dəqiqədə məhz həmyerlimiz vurub. Bu, onun cari mövsümdə vurduğu 4-cü qoldu. 


"Olayne" 7 turdan sonra 13 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti