Roys yenə zədələndi

15:44 28 May 2017

“Borussiya”nın yarımmüdafiəçisi Marko Roys Almaniya kubokunun “Ayntraxt”a qarşı keçirilən final matçında ağır zədə alıb.

 

Sportarena.az xəbər verir ki, 27 yaşlı futbolçu birinci hissənin ortalarında zədələnib. Ona bir neçə dəfə yardım göstərilib və meydana qayıdıb. Amma fasilədən sonra futbolçu əvəzlənib.

 

Roys özü çarpaz bağlarında problemlər ola biləcəyini deyib. Əgər bu ehtimal təsdiqlənərsə, o zaman Dortmund klubunun oyunçusu yarım il yaşıl meydanlardan kənarda qala bilər.

 

Qeyd edək ki, bir müddət öncə ayağndan əməliyyat olunan Roys yenicə meydanlara qayıtmışdı.


Digər xəbərlər

Xəbər xətti