"Qarabağ"dan ikinci qələbə - Bu dəfə 3 qolla

15:59 28 May 2017

Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan turnirdə iştirak edən “Qarabağ”ın U-11 komandası ikinci görüşünü keçirib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubu Tbilisi “Dinamo”sunun akademiyasının meydançalarında baş tutan oyunda "Olimpik”lə qarşılaşıb. “Qarabağ” ikinci matçında da qələbəyə sevinib - 3:1.

 

Birinci qrupda yarışan ağdamlılar növbəti matçında “Champion”la qarşılaşacaq. Yarış isə iyunun 2-nə qədər davam edəcək.


Digər xəbərlər

Xəbər xətti