"Zirə" qol vura bilməyən hücumçusunu göndərdi

16:21 28 May 2017

“Zirə”nin heyətində çıxış edən daha bir legionerin taleyinə aydınlıq gəlib.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, "qartallar" Ben Sanqare ilə yollarını ayırıb. Qarşılıqlı razılaşmaya əsasən, futbolçunun karyerasını başqa yerdə davam etdirməsinə qərar verilib. 

 

Ötən mövsümün ikinci yarısından "Zirə"də çıxış etməyə başlayan fransalı futbolçu son mövsümdə meydana çıxdığı 10 oyunda qol vura bilməyib. 


Xəbər xətti