Mourinyo Formula 1 izləməklə dincəlir - “Bir ay ərzində futbolla maraqlanmayacam"

17:23 28 May 2017

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo Formula-1-in Monako Qran-prisinin təsnifat mərhələsini izləyib.

 

Sportarena.az xəbər verir ki, Mourinyonu Monakoya “Red Bull Racing” klubu dəvət edib. O, burda pilotlarla - Maks Ferstappen və Daniel Rikkardo ilə görüşüb.

 

O, həmçinin jurnalistlərin suallarını da cavablandırıb:

 

“Bir ay ərzində futbolla maraqlanmayacam. Hazırda futboldan tamamilə təcrid olunmaq, başqa işlərlə məşğul olmaq zamanıdı. Ailənin, dostların arasında olmaq, istirahət etmək lazımdı. Bu, çox vacibdi”.


Digər xəbərlər

Xəbər xətti