Ruslan Fomin: Azərbaycanda hər şey tam fərqlidir - AÇIQLAMA

17:51 28 May 2017

“Qəbələ”nin sabiq futbolçusu Ruslan Fomin Ukrayna mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, ukraynalı futbolçu “Qəbələ”yə keçidi haqda danışıb:

 

“Çernomorets”də maliyyə problemləri var idi və mənə Roman Qriqorçukun köməkçisi zəng edərək, “Bizimlə getməyə hazırsan?” – deyə soruşdu. Mən isə düşünmədən razılaşdım. Ora sırf pul dalınca getməmişdim. Şərq ölkələrində fantastik pullar verilmir. “Çernomorets”də qazandığımdan bir az çox maaş alırdım. “Qəbələ” ölkənin varlı klubu idi. Ancaq Yuri Syominin vaxtında olduğu kimi yaxşı maaşımız yox idi. Məvaciblər demək olar ki, iki dəfə azalmışdı".

 

Fomin “Qəbələ”dən ayrılması barədə də danışıb:

 

“Baş məşqçimizi yaxşı anlayırdım. Bilirdim ki, məndən nəyi tələb edirlər. Ancaq alınmırdı, mənə ağır idi. Azərbaycanda hər şey tam fərqlidir. İsnanlar, din... Mənə qarşı olan münasibət xoşuma gəlmirdi. Roman Qriqorçukla birgə komandaya gəldiyimiz üçün üzərimizdə təzyiq var idi. Mətbuat da Qriqorçukun gətirdiyi futbolçulara təzyiq edirdi. Sanki biz dörd nəfər – Fomin, Bezotosnı, Qay və Sivakov bütün komandaları məğlub etməliyik. Orada yaşamaq mənim üçün çox çətin idi. Qəbələdə otel və futbol meydançalarından başqa heç nə yox idi. Sonradan düşündüm ki, gərək “Çernomorets”dən ayrılmazdım. “Qəbələ”dən sonra məni əvvəl də heyətində görmək istəyən Qazaxıstanın “Atırau” klubuna keçdim. Amma orda da mən istədiyimi tapa bilmədim. Ukraynaya qayıtmaq istəyirdim. Azərbaycandakı karyeramdan sonra pul mənim üçün qətiyyən maraqlı deyil”.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 15 oyun keçirən Fomin qol vura bilməyib.


Digər xəbərlər

Xəbər xətti