"Zenit" Luçeskunu qovdu

23:19 28 May 2017

“Zenit” baş məşqçisi Mirça Luçeskunu istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bu gün klubun Direktor Şurası rumıniyalı mütəxəssislə müqavilənin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı qərar verib.

 

Qeyd edək ki, Luçesku Sankt-Peterbrq klubuna ötən mövsümün əvvəli təyin olunmuşdu. Onun rəhbərliyi altında “Zenit” Premyer Liqada üçüncü yeri tutub.


Digər xəbərlər

Xəbər xətti