Rüstəm Əfsərli "CBC Sport"dan ayrıldı - RƏSMİ

11:24 29 May 2017

“CBC Sport” kanalının şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli telekanalı tərk edib.

 

Sportarena.az xəbər verir ki, bu barədə telekanalın saytı vasitəsilə yaydığı bəyanatda məlumat verilib. Bundan sonra "Neftçi"də çalışacaq Əfsərliyə uğurlar arzulanıb:

 

“Fəaliyyətə başladığı ilk gündən “CBC Sport”la birgə addımlayan Rüstəm Əfsərli təcrübəsi və biliyi ilə xeyli maraqlı, tamaşaçı rəğbəti qazanan layihənin ideya müəllifi olub. İstedadlı həmkarımız bundan sonra fəaliyyətini “Neftçi”-də davam etdirəcək. Amma qarşılıqlı razılığa əsasən, İtaliya çempionatının oyunlarının şərhində qalacaq. Müəllifi və aparıcısı olduğu “Kalçomaniya” verilişində isə qonaq qismində çıxış edəcək. “CBC Sport” ailəsi Rüstəm Əfsərliyə təşəkkür edir, gələcək işlərində ona yaradıcılıq uğurları arzulayır”.


Digər xəbərlər

Xəbər xətti