Şimali İrlandiya millisində növbəti itki - O da millimizlə oyunu buraxacaq

11:57 29 May 2017

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması növbəti itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, komandanın əsas hücumçularından olan Ceymi Uord zədə səbəbindən millimizlə görüşü buraxmalı olacaq. İngiltərə Çempionşipində çıxış edən "Nottingem Forest" klubunun 31 yaşlı forvardı mövsümün son oyununda zədələnib. 

 

Bu irlandların ikinci itkisidi. Xəbər verdiyimiz kimi, komandanın digər hücumçusu Konor Vaşinqton toyu ilə əlaqədar millimizlə görüşü buraxacaq.

 

Qeyd edək ki, Azərbaycan - Şimali İrlandiya oyunu iyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti