Heydər Əliyev kubokunda 2-ci turun oyunları keçirildi

12:33 29 May 2017

Heydər Əliyev Kuboku uğrunda yarışda daha iki oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, 28 may - Respublika gününə təsadüf edən 2-ci turun ilk oyunundan öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, üçrəngli bayrağımız ucaldılıb.


Günün ilk oyununda “Mil-Muğan” və MOİK komandaları üz-üzə gəliblər. Görüş 1:1 hesabı ilə yekunlaşıb və hər iki komanda aktivinə 4-cü xalı yazdıraraq, müvafiq olaraq turnir cədvəlində 1 və 2-ci yerləri bölüşdürürlər. 


Günün ikinci oyununda “Araz Naxçıvan” “Zaqatala”nı məğlub edib - 2:1. 3 xal qazanan “Araz Naxçıvan” 3-cü yerdədi. Turnirin xal qazanmayan yeganə komandası “Zaqatala”dı.


Qeyd edək ki, turnirin 3-cü – həlledici turu 30 mayda reallaşacaq. 

 

28 may 

Mil-Muğan - MOİK 1:1
Qollar: Vüqar Əlibabayev, 21 - Rəhman Musayev, 5.


Araz Naxçıvan - Zaqatala 2:1
Qollar:
Elşad Manafov, 42. Nurlan Novruzov, 57-pen. - Rəhman Şabanov, 10-pen.


Xəbər xətti