"Qızıl buts"un yeni sahibi bəlli oldu - Rekord təkrarlandı

15:14 29 May 2017

Avropa liqalarının ən yaxşı bombardiri üçün nəzərdə tutulan "Qızıl buts" mükafatının sahibi məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu mükafata "Barselona"nın ulduz futbolçusu Lionel Messi sahib çıxıb. Argentinalı oyunçu cari mövsüm La Liqada 34 oyunda 37 qol vurub. "Sportinq"in futbolçusu Bas Dost , 34 qolla ikinci, Dortmund "Borussiya"sının forvardı Pyer-Emerik Obameyanq isə 31 qolla üçüncü olub.

 

Qeyd edək ki, Messi futbolçu karyerası ərzində 4-cü dəfə bu mükafatı qazanıb. Bununla da hücumçu "Qızıl buts"u 4 dəfə qazanan "Real"ın futbolçusu Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.


Xəbər xətti