"Zenit" Mançini ilə razılığa gəldi - Transfer planı da hazırdı

Sportarena.az      29 May 2018, 15:49

Dünən Mirça Luçeskunu baş məşqçi postundan istefaya göndərən "Zenit" Roberto Mançini  ilə anlaşmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, 52 yaşlı mütəxəsisə 3 illik müqavilə təklif olunub. İtalyan çalışdırıcının həftə içi Moskvaya gəlib piterlilərlə müqavilə imzalaması gözlənilir.

 

Mançini heyətlə bağlı planlarını da rəhbərliyə təqdim edib. "Zenit"ə 2 mərkəz müdafiəçisi, 3 yarımmüdafiəçi və 2 hücumçunun transfer olunması mümkündür. Bir neçə futbolçu isə başqa klublara icarəyə verilə bilər. Mançini yalnız qapıçılardan razıdır və bu mövqeyi möhkəmləndirməyə ehtiyac görmür. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin