Kubokun finalçısı baş məşqçisiz qaldı

16:43 29 May 2017

İspaniyanın “Alaves” klubunun baş məşqçisi Maurisio Pelleqrino istefa verib.


Sportarena/az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mütəxəssisin hansı səbəbdən istefa verdiyi açıqlanmır.



Qeyd edək ki, argentinalı məşqçi ötən ildən “Alaves”i çalışdırırdı. Onun komandası mövsümü 9-cu pillədə başa vurmaqla yanaşı, İspaniya kubokunun finalına qədər irəliləmiş və sonda gümüş medalların sahibi olmuşdu.


Xəbər xətti