"Qalatasaray" "Barselona"nın müdafiəçisini transfer edir

18:10 29 May 2017

"Qalatasaray" "Barselona"dan ayrılmağa hazırlaşan Ceremi Matyunu heyətinə qatmaq istəyir.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Sport" nəşri məlumat yayıb. Kataloniya klubuna yaxınlığı ilə tanınan qəzet yazır ki, "Qalatasaray" müdafiə xəttindəki problemləri həll etmək üçün bu futbolçunu heyətinə qatmağı hədəfləyir. Onunla İngiltərə və İspaniya klubları la maraqlanır.

 

Qeyd edək ki, Ceremi Matyu 2014-cü ildə "Valensiya"dan "Barselona"ya 20 milyon avroya transfer olunub. 


Digər xəbərlər

Xəbər xətti