Hart "Siti"yə qayıtdı

22:20 29 May 2017

“Torino”da icarə əsasında çıxış edən Co Hart “Mançester Siti”yə qayıdıb.


Sportarena.az xəbər verir ki, 30 yaşlı qolkiperin Turin klubu ilə müqaviləsi başa çatıb. "Siti” ilə 2019-cu ilin yayına qədər müqaviləsi olan Hartın gələcək karyerası ilə bağlı qərarı Pep Qvardiola verəcək.Geridə qalan mövsümdə qapıçı sarıdan problemlərlə üzləşən ispan mütəxəssisin onun xidmətində maraqlı olduğu bildirilir.

 

Qeyd edək ki, İngiltərə millisinin üzvü bu mövsüm “Torino”da 37 oyuna çıxıb.


Xəbər xətti