Braziliyada Dünya kuboku üçün yol boyayırdı, indi "Siti"də qollarını sıralayır - FOTOLAR

14:58 30 May 2017

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Qabriel Jezuşun sosial şəbəkələrdə maraqlı şəkilləri yayılıb.

 

Sportarena.az xəbər verir ki, onun 2014-cü ildə vətəni Braziliyada keçirilən dünya çempionatı ərəfəsində görülən hazırlıq işləri zamanı yol qıraqlarını rəngləyərkən çəkilən fotoları maraqla qarşılanıb. 

 

Həmin vaxt futbolçunun 17 yaşı olub və “Palmeyras”ın gənclər komandasında çıxış edib. Bundan düz 2 il yarım sonra Jezus “Mançester Siti” ilə 5 illik müqavilə imzalayıb və klubu bundan 32 milyon avro qazanıb. 

 

Qeyd edək ki, 2017-ci ilin yanvarında "Siti"yə transfer edilən forvard meydana çıxdığı 10 oyunda 3 qol vurub.

 

 

 


Xəbər xətti