Pike kursa gedəcək

16:35 30 May 2017

“Barselona”nın futbolçusu Xerard Pike yay tətili zamanı istirahət etməyəcək.

 

Sportarena.az xəbər verir ki, Pike kursa yazılıb. O, “Əyləncə, media və idman sahəsində biznes" kurslarının dinləyicisi olacaq. Kurslar Harvard universitetində təşkil olunacaq.

 

30 yaşlı müdafiəçi bir müddət əvvəl bildirmişdi ki, karyerasını bitirdikdən sonra “Barselona”nın prezidenti olmaq istəyir.


Xəbər xətti