"Tottenhem" "Başakşəhər"in ulduzunu transfer edir - 9 milyona

17:37 30 May 2017

"Başakşəhər"in futbolçusu Cengiz Ünder karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

 

Sportarena.az xəbər verir ki, futbolçu "Tottenhem"in hədəfindədi. Klublar arasında ilkin razılıq əldə olunub. London təmsilçisi futbolçunun transferi üçün Türkiyə klubuna 9 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Cengiz "Başakşəhər"ə mövsümün əvvəlində "Altınordu"dan 700 min avroya transfer olunub.


Xəbər xətti