"Zirə" çempionlarını tortla qarşıladı - FOTO

10:59 31 May 2017

Azərbaycanın U-23 milli komandasının heyətində IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan “Zirə”lilər - Sadiq Quliyev, Vüqar Mustafayev və Adil Nağıyev dünən komanda ilə ilk məşqə çıxıblar.

 

Sportarena.az xəbər verir ki, İslamiadadan sonra istirahətləri başa çataraq, düşərgəyə dönən çempionları baş məşqçi Ayxan Abbasov və komanda üzvləri təbrik ediblər. Futbolçular üzərində çempionların qızıl medalla çəkdirdikləri şəkilin təsvir olunduğu tortu kəsiblər.


U-23 yığmamızın heyətində çempion olan “Zirə”nin yeni üzvü Rəşad Sadiqov isə iyunun 3-də məşqlərə başlayacaq.

 


Xəbər xətti