Dodo: "Düşünürdüm ki, Azərbaycan millisində çıxış edəcəm" - AÇIQLAMA

12:10 31 May 2017

“Qəbələ”nin sabiq braziliyalı yarımmüdafiəçisi Dodo vətənində verdiyi müsahibədə Azərbaycandakı günlərini xatırlayıb.

 

Sportarena.az xəbər verir ki, o, millimizdə çıxış etmək üzrə olduğunu, lakin həmin ərəfədə komandadan ayrıldığını bildirib: 

 

“Mən 5 il idi ki Azərbaycanda idim. Düşünürdüm ki, artıq bu ölkənin milli komandasında çıxış edəcəm. Bu mənim üçün yuxu kimi idi, arzum idi. İnsanlar da tez-tez soruşurdu ki, millimiz üçün oynamağa hazırsan? Amma sonra oradan ayrıldım və Yunanıstana gəldim”.


Xəbər xətti