"Azərbaycanda futbol Ermənistanla eyni səviyyədədir" - Bonilya - AÇIQLAMA

14:51 31 May 2017

“Çoxları Azərbaycan çempionatının zəif olduğunu düşünür. Ancaq Azərbaycanda futbol millimizə 4 qol vuran Ermənistanla eyni səviyyədədir".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Zirə"nin sabiq hücumçusu Nelson Bonilya deyib. Portuqaliyanın "Nasional" klubunun salvadorlu hücumçusu ölkəsinin elsalvador.com saytına açıqlamasında Azərbaycan klubundan təklif aldığını bildirib:

 

"Ötən il mənə təkliflər az idi. İndi isə Avropa Liqasına vəsiqə qazanan Azərbaycan klubundan təklif almışam. Hələlik qərar verməmişəm. Bir qədər istirahət etmək istəyirəm. Çünki ağır mövsüm keçirmişəm".

 

Qeyd edək ki, 2015/16 mövsümündə "Zirə"də çıxış edən 27 yaşlı forvard 14 qolla Azərbaycan Premyer Liqasının bombardirlər yarışında 2-ci olub.


Digər xəbərlər

Xəbər xətti