PSJ-dən yayın "transfer bombası" - 70 milyon avroluq

15:23 31 May 2017

“Borussiya”nın hücumşusu Pyer-Emenik Obameyanq karyerasını PSJ-də davam etdirəcək.

 

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi qabonlu futbolçunun klubu ilə razılığa gəlib. Hazırda imzalanacaq müqavilənin son detalları dəqiqləşdirilir.

 

İddiaya görə, Obameyanqın keçidi üçün “Borussiya”ya 70 milyon avro ödəyəcək. PSJ-nin futbolçunun özünə isə illik 10 milyon avro maaş təklif edib.


Xəbər xətti