Kuzman AFFA-da şərhçilərə dərs keçəcək

15:46 31 May 2017

İyunun 6-da AFFA-nın Futbol Akademiyasında assosiasiyanın təşəbbüsü və maliyyə dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən televiziya və radioda çalışan idman (xüsusilə də futbol) şərhçiləri üçün seminar keçiriləcək.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, seminara rusiyalı televiziya və radio şərhçisi, idman jurnalisti Aleksandr Kuzmak rəhbərlik edəcək.

 

Seminarda iştrak etmək istəyən şərhçilər iyunun 5-dək qeydiyyatdan keçməlidi.


Digər xəbərlər

Xəbər xətti